

Dr.Natiq Qaffaroğlu kiçik yaşlarından etibarən elmə,biliyə,oxumağa,öyrənməyə böyük həvəs göstərmiş,hafizəsinin güclü olması,musiqi duyarlığı ,gözəl rəsm çəkmək,şer və hekayə yazmaq istedadının olması ilə fərqlənmişdir.6 yaşında orta məktəbin birbaşa 2-ci sinfinə qəbul edilmişdir. Orta məktəbi əla qiymətlərlə bitirərək 15 yaşında ikən Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika-I fakultəsinə daxil olmuşdur (indiki Tibb Universiteti).İnstitutu müvəffəqiyyətlə bitirərək əla qiymətlə terapevt həkim ixtisasına yiyələnmişdir.1989-cu ildə tam bir təsadüf əsəri anadangəlmə vücudunda olan çox güclü bioenerji-biomaqnetizm yetənəyi Moskva şəhərində Beynəlxalq Alternativ Tibb Assosiasiyasının prezidenti,Beynəlxalq Bioenerji Akademiyası başqanı Prof.Dr. Dama Cuna Davitaşvili (Yevgeniya Yuvaşevna) tərəfindən aşkarlanmışdır.

Təhsil alaraq və təcrübə keçərək 2 sertifikata yiyələnmişdir.Həm tibb,həm də alternativ tibb sahəsində uğurla fəaliyyətini davam etdirmişdir.1991-ci ildə Moskvada keçirilən Beynəlxalq Alternativ Tibb Assosiasiyasının XXIII konqresinə dəvət almış,orada iştirak etdikdən sonra həmin ildən bu beynəlxalq birliyə üzv seçilmişdir.Elə həmin il Beynəlxalq Alternativ Tibb Assosiasiyasının baş katibi Prof.Dr.Sir Anton Cayasuriyanın rəsmi dəvəti ilə Şri-Lankada (Seylon) həm beynəlxalq konqresdə iştirak etmiş,həm də xüsusi kurs keçərək Akupunktur üzrə sertifikat almışdır.
ABŞ,İngiltərə,Danimarka,Portuqaliya,Norveç,İsveç,Sinqapur,Malayziya,Avstraliya,Çin,Tayvan və s. Avropa və Asiya ölkələrində keçirilən simpozium və konqreslərə dəvət edilmişdir.

Tibb institutu diplomu Bioenerji sertifikatı



Akupunktur sertifikatı YÖK-dən Diploma Denklik Belgesi







